eSIM rəqəmsal məhsuldur və QR kod göndərildikdən sonra yenidən satıla bilməz. Buna görə geri qaytarma aşağıdakı qaydalarla həyata keçirilir.
Tam geri ödəniş
- eSIM telefona quraşdırılmayıbsa (QR kod skan edilməyibsə) və alışdan 14 gün keçməyibsə.
- Səhvən eyni paketi iki dəfə almısınızsa və ikinci eSIM quraşdırılmayıbsa.
- Texniki səbəbdən eSIM bizim tərəfimizdən çatdırıla bilmədikdə.
Texniki problem
eSIM quraşdırılıb, amma təyinat ölkəsində işləmirsə və problemi dəstək komandamızla birlikdə həll etmək mümkün olmursa, sizə yeni eSIM verilir və ya pul geri qaytarılır. Bunun üçün problemi paketin müddəti ərzində bildirmək və ekran görüntüləri göndərmək lazımdır.
Geri ödəniş edilmir
- eSIM quraşdırılıb və internet işləyib (paket qismən və ya tam istifadə olunub).
- Telefon eSIM dəstəkləmir və ya operator kilidlidir (alışdan əvvəl yoxlamaq alıcının məsuliyyətidir).
- Paketin müddəti bitib.
Necə müraciət etmək olar
Sifariş nömrəsi və e-poçtunuzla WhatsApp-da Oralardan-a və ya info@oralarda.com ünvanına yazın. Müraciətə 2 iş günü ərzində cavab veririk.
Pulun qaytarılması
Təsdiqlənmiş geri ödəniş ödəniş edilən karta qaytarılır. Bankdan asılı olaraq vəsait 3–10 iş günü ərzində kartınıza daxil olur.
VÖEN: 2006638892
Bakı, Azərbaycan
E-poçt: info@oralarda.com
WhatsApp: Oralardan · Instagram: @oralarda.esim
Son yenilənmə: 31.10.2026
